SON DƏQİQƏ
» » İran dörd ay əvvəl saxladığı neft tankerini sərbəst buraxdı

İran dörd ay əvvəl saxladığı neft tankerini sərbəst buraxdı

Tarix:

9-04-2021, 11:27

/ 3 684 dəfə oxundu.
İran dörd ay əvvəl saxladığı neft tankerini sərbəst buraxdı

İran yanvar ayında Fars körfəzində saxladığı Cənubi Koreyaya məxsus "Hankuk Chem” tankerini və onun heyətini sərbəst buraxıb.

Bu barədə Cənubi Koreyanın "Yonhap” agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, göyərtəsində 13 heyət üzvünün olduğu gəmi artıq İran limanından çıxıb.

 

Qeyd edək ki, "Hankuk Chem” gəmisini İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri saxlamışdı.

İran hakimiyyəti gəminin Birləşmiş Ərəb Əmirliklərinə doğru hərəkət etdiyini açıqlamışdı.

Cənubi Koreya və Birləşmiş Ştatlar İranı gəmini dərhal azad etməyə çağırırdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ