SON DƏQİQƏ
» » Dünya ölkələrinin vaksinasiya yarışı – Hansı dövlətlərdə vəziyyət acınacaqlıdır...

Dünya ölkələrinin vaksinasiya yarışı – Hansı dövlətlərdə vəziyyət acınacaqlıdır...

Tarix:

23-03-2021, 15:25

/ 3 432 dəfə oxundu.
Dünya ölkələrinin vaksinasiya yarışı – Hansı dövlətlərdə vəziyyət acınacaqlıdır...

Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus zəngin ölkələrdə tətbiq olunan vaksinlərin sayı ilə kasıb ölkələrin alacağı peyvəndlərin sayı arasında fərqin hər gün daha da artdığını bildirib. O qeyd edib ki, bəzi ölkələr bütün əhalisinin vaksin vurdurması üçün az qala yarışır, lakin kasıb dövlətlərdə vaksinasiya hələ başlamayıb.

GünAz.az xəbər verir ki, mövzu ilə bağlı fikirlər səsləndirən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politooloq Elxan Şahinoğlu vaksinləri almağa çalışan ölkələri qınamağın doğru olmadığını deyib: "Hər bir dövlət birinci növbədə öz vətəndaşlarını qorumaq istəyir. Misal üçün Böyük Britaniya və İsrail vaksinasiyada liderdir. Çünki hər iki dövlətin hökuməti cəld tərpənərək vaksin istehsal edən şirkətlərlə anlaşmaları hamıdan tez imzalayıblar. Dünya Səhiyyə Təşkilatının baş direktoru vaksini tez əldə edən ölkələri qınamaqdansa, kasıb ölkələrin üzləşəcəyi çətinliyi daha əvvəl düşünməli və çıxış yolları tapmalı idi”.

 Elxan Şahinoğlu əlavə edib ki, dünyada COVID-19 virusuna qarşı 411 milyon doza vaksin istehsal edilib: "Onun da 76 faizi təkcə 10 ölkədə tətbiq olunub. Bəli, bu qeyri-bərabər bölgüdür. Ancaq vəziyyətin belə olacağı əvvəlcədən bəlli idi. Çünki kimin çox pulu varsa, o daha çox vaksin almağa çalışacaqdı”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ