SON DƏQİQƏ
» » ÜST bu vaksini təcili istifadə üçün təsdiqlədi

ÜST bu vaksini təcili istifadə üçün təsdiqlədi

Tarix:

12-03-2021, 22:55

/ 1 346 dəfə oxundu.
ÜST bu vaksini təcili istifadə üçün təsdiqlədi

Ümumdünya Səhiyyə Təşkilatı "Johnson & Johnson” tərəfindən koronavirusa qarşı istehsal olunan ilk tək dozluq vaksini təcili istifadə üçün təsdiqləyib.

GunAz.az xarici KİV-ə istinadən xəbər verir ki, ÜST vaksinin bütün ölkələrdə təcili istifadə və koronavirus vaksininə bərabər əlçatanlıq təmin etməyi hədəfləyən qlobal təşəbbüs olan COVAX vasitəsilə dünya miqyasında yayılmasına icazə verib.

 

"COVID-19-a qarşı yaradılan hər yeni, etibarlı və təsirli vaksinlə pandemiyanı nəzarətdə saxlamağa bir addım da yaxınlaşırıq”, – ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, ÜST COVAX üçün 500 milyon doz "Johnson & Johnson” peyvəndi tədarük edib. qafqazinfo


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ