SON DƏQİQƏ
» » Kasıb ölkələrin vətəndaşları xəstələnməlidir? – İlham Əliyev

Kasıb ölkələrin vətəndaşları xəstələnməlidir? – İlham Əliyev

Tarix:

1-02-2021, 22:12

/ 1 373 dəfə oxundu.
Kasıb ölkələrin vətəndaşları xəstələnməlidir? – İlham Əliyev

Onu da bildirməliyəm ki, indiki şəraitdə, xüsusilə zəngin ölkələr arasında olan bu ixtilaflar istehsalçılara da mənfi təsir göstərir, bir çox ölkələrin vətəndaşlarını bu vaksinlərdən məhrum edir.

GunAz.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev AzTV-yə müsahibəsində deyib.

"Ondan başqa, bu, dünyada ölkələr arasındakı inamsızlığı da alovlandırır. İndi siz Avropa İttifaqı ilə Böyük Britaniya arasındakı qalmaqaldan danışdınız, amma başqa misallar da var. Misal üçün, yenə də açıq mətbuata istinad edərək deyə bilərəm ki, inkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Halbuki inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. Yəni, bu, yenə də ədalətsizlik, qeyri-bərabərlikdir. "Moderna” vaksini var, səhv etmirəmsə Amerika istehsalıdır. "Moderna” vaksininin 98 faizini zəngin ölkələr sifariş ediblər. "Pfizer” Avropa istehsalı vaksinidir. "Pfizer” vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər. Yaxşı, bəs kasıb ölkələrin vətəndaşları nə etməlidirlər, xəstələnməlidirlər? Onlar xəstələnəndə onların ölmək ehtimalı daha böyükdür. Çünki o ölkələrdə səhiyyə sistemi inkişaf etmiş ölkələrdən müqayisəedilməz dərəcədə geridə qalıb. Ona görə, bax, bu məsələlər haqqında biz danışmalıyıq, bunu gizlətməməliyik. Ancaq bu məlumat açıq mətbuatda gedir, sanki ondan sonra unudulur. Çünki sərf etmir. Dünya mediasına rəhbərlik edən qurumlara sərf etmir. Çünki bu, o aktorların sözlərinin əməlləri ilə böyük fərqini göstərir”, - İlham Əliyev bildirib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ