SON DƏQİQƏ

Hindistan bu ölkədən 30 PUA alır

Tarix:

13-03-2021, 23:11

/ 1 408 dəfə oxundu.
Hindistan bu ölkədən 30 PUA alır

Hindistan ABŞ-dan PUA-lar almağı planlaşdırır.

GunAz.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Hindistan hərbi gücünü artırmaq məqsədilə ABŞ-ın "General Atomics” şirkəti ilə "MQ-9 Reaper" PUA-larını satın almaq üçün 3 milyard dollarlıq müqavilə imzalayır.

Müqavilə çərçivəsində 30 ədəd "MQ-9 Reaper" PUA-sı alınacaq. Həmin PUA-ların 10-u Hindistan Quru Qoşunlarına, 10-u donanmaya, 10-u isə Hərbi Hava Qüvvələrinə veriləcək.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ