SON DƏQİQƏ

Hindistan və Pakistan razılığa gəlib

Tarix:

30-05-2018, 12:24

/ 10 324 dəfə oxundu.
Hindistan və Pakistan razılığa gəlib

Hindistan və Pakistan mübahisəli Kəşmir ərazisində davamlı atəşkəsin təmin edilməsi üçün razılığa gəlib.
Gunaz.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Məlumatda deyilir ki, məsələ hər iki tərəfin hərbi rəhbərliyi arasında telefon danışığı zamanı müzakirə edilib. "Hər iki tərəf 2003-ci il razılaşmasına uyğun olaraq atəşkəsə tam riayət etməyə, atəşkəs rejiminin pozulmamasını təmin etmək üçün səy göstərməyə dair razılığa gəlib”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Kəşmir münaqişəsi 1947-ci ildə başlayıb. 1947-48-ci ildə birinci Hindistan-Pakistan müharibəsi baş verib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ