SON DƏQİQƏ
» » Hindistan 72 il sonra bu hərbi vəzifəni yaratdı – İlk dəfə

Hindistan 72 il sonra bu hərbi vəzifəni yaratdı – İlk dəfə

Tarix:

15-08-2019, 10:38

/ 1 758 dəfə oxundu.
Hindistan 72 il sonra bu hərbi vəzifəni yaratdı – İlk dəfə

Hindistan Baş naziri Narendra Modi yeni müdafiə qərargahı rəisi vəzifəsini təsis edib.

GunAz.az xəbər verir ki, yeni vəzifəni icra edəcək şəxs ölkənin bütün növ silahlı qüvvələri arasında fəaliyyəti koordinasiya edəcək.

Qeyd edək ki, 1947-ci ildən bu yana Hindistan Silahlı Qüvvələrinin tərkibində Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri cəmləşib. Onların hər birinin özünün baş qərargahı mövcuddur. İndiyə qədər bu qüvvələri koordinasiya edən Birləşmiş Müdafiə Qərargahı olsa da onun çox məhdud funksiyaları olub.

Müdafiə Qərargahının yaradılması ilə bağlı təkliflər Hindistanda 1999-cu ildən – Pakistanla Kəşmir məsələsində münasibətlərin yenidən kəskinləşməsindən bu yana səsləndirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ