SON DƏQİQƏ

Pakistanla sərhəddə İran ordusu itki verdi

Tarix:

4-03-2021, 08:13

/ 4 356 dəfə oxundu.
Pakistanla sərhəddə İran ordusu itki verdi

Ceyş ül-Adl Bəluc qruplaşmasının silahlıları Sistan-Bəlucistan əyalətində İran ordusunun (SEPAH) avtomobillərinə hücum edib.
GunAz.az xəbər verir ki, hadisə Pakistan sərhədinə yaxın Keşteqan adlanan ərazidə baş verib.
Bəluc milli fəalı Abdulla Arif BBC-yə açıqlamasında bildirib ki, bölgədə reyd keçirən SEPAH-ın iki avtomobili Ceyş ül-Adl təşkilatı yaraqlılarının hücumuna məruz qalıb:
"Silahlı hücumda 5 SEPAH-çı hadisə yerində həyatını itirib, 3-ü isə girov götürülüb”, - deyə o bildirib.
SEPAH-ın Sistan-Bəlucistandakı Qüds Qərargahı bəyanat yayaraq, baş verənləri təsdiqləyib.
Hücum edənlər hadisə yerindən uzaqlaşa biliblər. Onların girov götürdüyü 3 hərbçinin hara aparıldığı məlum deyil.Teleqraf.com
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ