
Kiyev Minsk razılaşmalarının həyata keçirilməsi ilə bağlı öz öhdəliklərindən yayınmaq üçün mümkün olan hər şeyi edir və bununla da sülh şansından imtina edir.
GunAz.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
"Bu gün Minsk razılaşmalarının həyata keçirilməsilə bağlı Tədbirlər Paketinin imzalanmasından altı il keçir. Bu sənəd BMT TŞ tərəfindən təsdiqlənib və beynəlxalq hüququn bir hissəsinə çevrilib. Razılaşmaya əsasən, 2015-ci ilin sonuna qədər Donbasda sülh olmalı idi və bölgənin sosial-iqtisadi bərpası üzərində iş başlamışdı. Təəssüf ki, bu müqavilə heç vaxt yerinə yetirilmədi. Kiyev sülh şansından yararlanmadı”, - Zaxarova bildirib.