"Belə bir qayda var ki, Rusiya xarici siyasət idarəsi səfirlərin təyinatı məsələsini şərh etmir".
Gunaz.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı Azərbaycana səfir təyinatı ilə bağlı deyib. O bildirib ki, bu qayda 90-cı illərdən təsdiq olunub: "Təyinat haqqında danışmaq, cəmiyyətə təqdim etmək yalnız Rusiya prezidentinin səfirin təyinatı ilə bağlı sərəncamından sonra mümkündür".
Qeyd edək ki, Rusiya Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib. Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin aprelin 2-də keçirilən iclasında Mixail Boçarnikovun Azərbaycanda səfir postuna namizədliyi təsdiqlənib. Bundan əvvəl M. Boçarnikov Rusiyanın Qazaxıstandakı səfiri olub.