SON DƏQİQƏ
» » Çində Rusiya ilə həmsərhəd şəhərə giriş bağlandı

Çində Rusiya ilə həmsərhəd şəhərə giriş bağlandı

Tarix:

12-12-2020, 22:05

/ 1 406 dəfə oxundu.
Çində Rusiya ilə həmsərhəd şəhərə giriş bağlandı

Çində Dunin vilayətinin səlahiyyətliləri koronavirusun yayılma təhlükəsi səbəbiylə 13 dekabr tarixindən şəhərə giriş və çıxışın qadağan edilməsi ilə bağlı qərar qəbul edib.

GunAz.az Report-a istinadən xəbər verir ki, şəhər ərazisində həmçinin, sərnişin avtomobillərinin, ictimai nəqliyyat və taksilərin hərəkəti müvəqqəti olaraq dayandırılır. Bundan başqa, şəxsi avtomobillərin hərəkəti də qadağandır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə dünyada koronavirusa yoluxmuş 69,5 milyondan çox insanın 1,6 milyonu vəfat edib.


скачать dle 12.1

Şərhlər