SON DƏQİQƏ

Masallıda yol qəzası: Ölənlər var

Tarix:

Bu gün, 09:39

/ 3 242 dəfə oxundu.
Masallıda yol qəzası: Ölənlər var

Masallıda yol nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb.
GunAz.az xəbər verir ki, Rusif İsmayıl oğlu Babayev idarə etdiyi "Mersedes Benz" markalı avtomobilləeyni istiqamətdə hərəkətdə olan Nikbin Elçin oğlu Feyzullayevin idarə etdiyi "Mersedes Benz" markalı avtomobil ilə toqquşub.
Nəticədə R.Babayev idarə etməni itirərək yolun sağ kənarında boş torpaq sahəsinə çıxaraq beton dirəyə və ağaca çırpılıb. Qəza nəticəsində özü və avtomobildə sərnişin qismində əyləşmiş Araz Telman oğlu Məmmədzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Pərvin Əliniyaz oğlu Həsənov başın təpə nahiyəsinin böyük həcmli kəsilmiş yarası xəsarətlərini alaraq Masallı RMX-na daxil olub.
Faktla bağlı cinayət işi başlanaraq istintaqı davam etdirilir.
скачать dle 12.1

Şərhlər