SON DƏQİQƏ
» » PUA-ları ona görə dayandıra bilmədik ki...- ŞOK

PUA-ları ona görə dayandıra bilmədik ki...- ŞOK

Tarix:

5-12-2020, 13:49

/ 3 768 dəfə oxundu.
PUA-ları ona görə dayandıra bilmədik ki...- ŞOK

Müharibə zamanı Dağlıq Qarabağ səması qapadılmamışdı. Ona görə ki, 42 milyon dollara alınan radio-elektron mübarizə sistemləri işləmədi.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı deyib.

"Xanımlar və cənablar, 2017-ci ildə erməni ordusu üçün 42 milyon dollara sistemlər aldınız. Bəlli oldu ki, onlar işləmirlər. Bu razılaşmanın həmmüəllifi guya sensasion bəyanat verir və deyir ki, ona bu sistemi almaq yerinə Su-30 almaq imkanı yaradılıb, amma o razılaşmayıb. İşləməyən sistemləri xeyirxahlığınıza görə almısınız?”

Paşinyan guya 2,5 il müddətində nə mümkündürsə, o silahları da aldığını iddia edib. O deyib ki, əsgərin ayaqqabısı, geyimindən tutmuş avtomata, patrona, təyyarəyə, müdafiə sistemlərinə qədər, hər şeyi almalı idilər:

"Biz 20 ildə alınmayan bu şeyləri almalı idik. Bəli, 2 il müddətində biz bunları etmədik, bəs 18-20 il müddətində siz niyə etməmişdiniz? Xaricdə ada, mülklər, villalar ala bilirdiniz, bunları yox?”

скачать dle 12.1

Şərhlər