SON DƏQİQƏ
» » Paşinyan hər şeyi açdı: Xankəndini də itirirdik...

Paşinyan hər şeyi açdı: Xankəndini də itirirdik...

Tarix:

12-11-2020, 14:19

/ 3 614 dəfə oxundu.
Paşinyan hər şeyi açdı: Xankəndini də itirirdik...

Bəyanatın (Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabrda imzalanan Bəyanat nəzərdə tutulur – red.) erməni cəmiyyətində ciddi narahatlıq yaratdığını başa düşürəm. Ancaq imzalanan sənəd hələ "Qarabağ”ın həlli ilə bağlı son deyil.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

O bildirib ki, Ermənistan və erməni xalqı çox ağır günlər yaşayır - ürəkdə kədər, gözlərdə yaş:

"27 sentyabrda müharibə başladı və Bəyanat imzalanması ilə başa çatdı. Çoxsaylı suallar doğuran Bəyanata görə məndən cavab gözləyirlər. Niyə sənəd imzalandı? Bu ona görə baş verdi ki, Baş Qərargah artıq hər dəqiqənin vacib olduğu, müharibənin dayandırılması vacibliyi barədə məruzə etdi”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ