SON DƏQİQƏ
» » MTX direktoru bəyanat verdi, Nikol ABŞ-da “əsəbiləşdi”

MTX direktoru bəyanat verdi, Nikol ABŞ-da “əsəbiləşdi”

Tarix:

23-09-2019, 11:06

/ 1 202 dəfə oxundu.
MTX direktoru bəyanat verdi, Nikol ABŞ-da “əsəbiləşdi”

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın istefadan sonra yaydığı bəyanat Ermənistan Silahlı Qüvvələrinə hörmətsizlikdir.

GunAz.az xəbər verir ki, bunu Los-Ancelesdə jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Vanetsyan bəyanatında zabit şərəfindən bəhs etdi. O, Milli Təhlükəsizlik Xidmətinin de-yure direktoru olaraq özünün Ali Baş Komandanına qarşı bəyanat verir. Zabit şərəfinə bundan hörmətsiz münasibət ola bilməz. Vanetsyan bu bəyanatı istefa sərəncamından dərhal sonra yaydı. Siz bilirsiniz bu nə deməkdir? Bu, rütbələrini zibilliyə atmaq deməkdir” – deyə o bildirib.

Qeyd edək ki, Vanetsyan istefasından dərhal sonra Paşinyan hökumətini tənqid edərək, onu kortəbii qərarlar qəbul etməkdə ittiham edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ