SON DƏQİQƏ
» » Paşinyan türklərə qarşı olan bayramda “Köçəri” oynadı

Paşinyan türklərə qarşı olan bayramda “Köçəri” oynadı

Tarix:

5-08-2019, 21:45

/ 1 320 dəfə oxundu.
Paşinyan türklərə qarşı olan bayramda “Köçəri” oynadı

Ermənistan Baş naziri Nikol Paşinyan və onun kabinetinin bir neçə üzvü Qarabağa səfər ərəfəsində Gorusun Xndzoresk kəndində Sparapet (Hərbi rəis) gününü qeyd ediblər.

GunAz.az xəbər verir ki, bu barədə görüntüləri Paşinyan öz Feysbuk səhifəsində paylaşıb. Paşinyanın yayımladığı görüntülərdə Ermənistan Müdafiə naziri David Tonoyan, Ərazi İdarəetməsi və İnkişaf naziri Suren Papikyan, eləcə də Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın “Köçəri” rəqsinin havasına oynaması əks olunub.

O həmçinin Feysbukdakı izləyicilərini Sünik vilayəti və Dağlıq Qarabağı ziyarətə çağırıb.

Qeyd edək ki, ermənilər Sparapet gününü Mxitar Sparapetin şərəfinə qeyd edirlər. Erməni tarixçilərinə görə, məhz bu şəxs Səfəvilər və Osmanlılara qarşı indiki Ermənistan və Qarabağ ərazisində qaldırılan üsyanın əsas liderlərindən biri olub. Onun 1730-cu ildə öldürüldüyü bildirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ