ABŞ-ın şərqində seçki məntəqələri Bakı vaxtı ilə 03:00-da bağlanıb.
Bununla bağlı "RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, İndiana və Kentukki ştatlarında səsvermə başa çatıb.
Bakı vaxtı ilə 04:00-da yeddi ştatda, o cümlədən Florida, Corciya, Virciniya, Cənubi Karolina, Vermont ştatlarında, saat 04:30-da isə Ohayo, Şimali Karolina və Qərbi Virciniya ştatlarında seçki məntəqələri bağlanacaq.
Bakı vaxtı ilə 05:00-da isə 15 ştatda və Kolumbiya bölgəsində səsvermə başa çatacaq.
ABŞ-da Prezident seçkilərinin ilkin nəticəsi açıqlanıb.
GunAz.az xəbər verir ki, Tramp İndiana ştatında səslərin 1 faizinin hesablanmasından sonra 72 faiz səs toplayıb.
Bu barədə məlumat yayan "Foks Nyus" Trampın Kentukki və Nyu-Qempşirdə də liderlik etdiyini elan edib.