Ekvadorda prezident seçkilərinin ikinci turu başa çatıb. xəbər verilir ki, bu barədə ölkənin Milli Seçki Şurasının ilk rəsmi nəticələrində bildirilir.
Məlumata görə, prezident seçkilərinin ikinci turunda "Ölkə alyansı" solçu blokunun namizədi Lenin Moreno səsvermənin nəticələrinə görə daha çox səs toplayıb.
Belə ki, bülletenlərin 92,35 faizinin hesablanmasından sonra Morenonun seçicilərin 51, 05 faizinin səsini toplaması elan edilib. Onun rəqibi, sağ mərkəzçi "CREO" hərəkatının nümayəndəsi, keçmiş bankir Qilyermo Lasso səslərin 48,95 faizini toplayıb.(Report)