SON DƏQİQƏ

ABŞ-da ermənilər həmvətənimizə hücum etdi

Tarix:

6-10-2020, 08:13

/ 5 402 dəfə oxundu.
ABŞ-da ermənilər həmvətənimizə hücum etdi

ABŞ-da həmvətənimiz ermənilərin hücumuna məruz qalıb.

GunAz.az xəbər verir ki, hadisə Nyu-York şəhərində baş verib.

Bruklində Azərbaycan bayrağının olduğu şəxsi avtomobili ilə hərəkət edən azərbaycanlı gənc bir qrup erməninin hücumuna məruz qalıb. Belə ki, 7 nəfər erməni həmvətənimizə və onun avtomobilinə zərbələr endirib. Nəticədə azərbaycanlı gənc başından yüngül xəsarət alıb.

Həmyerlimizin polislə əlaqə saxladığını görən ermənilər qaçaraq ərazidən uzaqlaşıblar.

Qeyd edək ki, hadisə şahidləri baş verənləri mobil telefonun kamerası ilə qeydə alıblar. Videogörüntüdə həmvətənimizin təkbaşına yeddi erməni ilə əlbəyaxa dalaşdığı görünür.Report

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ