SON DƏQİQƏ

Ermənilər hansı silahlarla vurulur?

Tarix:

28-09-2020, 09:46

/ 3 250 dəfə oxundu.
Ermənilər hansı silahlarla vurulur?

Gecə ərzində döyüşlər fərqli bir şiddətlə davam edib. Azərbaycan tərəfi ağır silahlardan istifadə etməklə mövqelərimizi hədəf alıb.

Bu barədə işğalçı Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan özünün Feysbuk səhifəsində yazıb.

Şuşan Stepanyanın sözlərinə görə, gecə boyu döyüşlər ümumiyyətlə, ara verməyib:

"Səhər tezdən Azərbaycan tərəfi TOS ağır artilleriya sistemi daxil olmaqla toplardan, zirehli texnikalardan istifadə edərək hücum əməliyyatlarını davam etdirir”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin az öncə yaydığı məlumata görə, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilib, erməni qüvvələri sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ