SON DƏQİQƏ

Erməni əskərləri itkilərini etiraf etdi

Tarix:

13-07-2020, 11:59

/ 3 218 dəfə oxundu.
Erməni əskərləri itkilərini etiraf etdi

Azərbaycan Ordusunun açdığı cavab atəşi nəticəsində Ermənistanın Tavuş rayonunda iki polis əməkdaşı yaralanıb.

GunAz.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan "Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, polis əməkdaşları blindajın yaxınlığında olublar.

Xatırladaq ki, bu, Ermənistan rəsmilərinin itki və yaralılar barədə ilk açıqlamasıdır. Düşmən cəbhədə 30-dan çox itki verməsinə baxmayaraq, bunu etiraf etmir.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. /Qazet.az/

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ