SON DƏQİQƏ
» » Nikol danışıqları dayandırdı, vəziyyət çətindir...

Nikol danışıqları dayandırdı, vəziyyət çətindir...

Tarix:

22-09-2020, 14:48

/ 5 004 dəfə oxundu.
Nikol danışıqları dayandırdı, vəziyyət çətindir...

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma "dqr”-in "milli təhlükəsizlik şurasının” keçmiş katibi Vitali Balasanyan Nikol Paşinyanı Ermənistanı müharibəyə çəkməkdə ittiham edib.

Balasanyan Azərbaycan Prezidenti İlham Əliyevin danışıqların olmadığı haqda bəyanatını şərh edərkən də, Paşinyanı günahlandırıb.

"Hazırda danışıqlar Ermənistanın birinci şəxsi tərəfindən dalana salınıb. Region partlayışın astanasındadır. Tavuş hadisələri təsdiqlədi ki, siyasi hakimiyyət Ermənistanı çox təhlükəli hərbi vəziyyətə çəkdi”, - o bildirib.

Balasanyan separatçı "dqr” rəhbəri Araik Arutunyanın "danışıqla olmayacaq” açıqlamasını da tənqid edib. Bildirib ki, bu, çox təhlükəli yanaşmadır.

"Belə bəyanatlar təhlükəlidir. Bu, Ermənistanın siyasi rəhbərliyinə də aiddir, Onlar bildirirdilər ki, "Qarabağ Ermənistandır və nöqtə. Bu qəbuledilməzdir”, - separatçı Balasanyan qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ