SON DƏQİQƏ

Yalan və əsassız məlumat

Tarix:

7-09-2020, 12:06

/ 4 544 dəfə oxundu.
Yalan və əsassız məlumat

Bəzi KİV-lərdə İran İslam Respublikasının Norduz sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbərləri nəzərə alaraq bildirmək istərdik ki, bu xəbərlər yalan və əsassızdır.

GunAz.az bildirir ki, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu xəbərlər iki ölkə arasındakı inkişafda olan dostluq və əməkdaşlıq münasibətlərini ləkələmək məqsədilə hazırlanmışdır və qətiyyən doğru deyildir.

скачать dle 12.1

Şərhlər