SON DƏQİQƏ

Mübariz Mənsimovla bağlı xəbər var - RƏSMİ

Tarix:

22-04-2020, 17:33

/ 2 092 dəfə oxundu.
Mübariz Mənsimovla bağlı xəbər var - RƏSMİ

"Mübariz Mənsimovun azadlığa buraxılması, yaxud həbs qərarının ev həbsi ilə əvəz edilməsi barədə yayılan xəbərlər əsassızdır”.
Bunu "Palmali” Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyeva feysbuk hesabında yazıb.
O xahiş edib ki, bu həssas dönəmdə yalan xəbərlər yaymaqla insanların hissiyyatı ilə oynanmasın: "Belə uydurmalara inanıb "Palmali” şirkətinə minlərlə insan zəng edir, qərargaha gəlirlər. Etməyin belə! Vurğulayıram ki, Mənsimovla bağlı son və doğru xəbərləri yalnız buradan ala bilərsiniz. Yalan məlumatlara inanmayın”.
Qeyd edək ki, bu gün yerli mətbuatda Mənsimovun azadlığa buraxılması və cəzasının ev həbsi ilə əvəzlənməsinə dair məlumatlar yayılmışdı.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ