İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir.
İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandiri general Əhməd Əli Qudərzi Nəmin şəhərində İran-Azərbaycan sərhəd-buraxılış məntəqələrinə baxış zamanı bildirmişdir:
- İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir və iki qonşu ölkənin müştərək sərhəddində heç bir problem yoxdur.
- Uzun illər ərzində iki ölkə arasında sərhədlə bağlı hər hansı bir xüsusi məsələ yaranmamış və hər iki tərəf bağlanmış müqavilələrə riayət etmişdir.
- Ərdəbil əyalətində də sərhədlə bağlı problem yoxdur. Ərdəbil regionu təhlükəsiz regiondur.
- Ölkənin hər yerində
sərhədçilərin sayıqlığı və səyləri nəticəsində İran İslam Respublikasının
sərhədləri tam təhlükəsiz vəziyyətdədir