SON DƏQİQƏ

ABŞ İranını sanksiyalarını genişləndirdi

Tarix:

4-09-2020, 08:13

/ 3 376 dəfə oxundu.
ABŞ İranını sanksiyalarını genişləndirdi

ABŞ hökuməti İrana qarşı tətbiq olunan sanksiyalar siyahısını genişləndirərək, 3 fiziki və 11 hüquqi şəxsi bu siyahıya əlavə edib.

<iframe class="adviad-resize" style="text-align: justify; box-sizing: border-box; font: inherit; vertical-align: baseline; max-width: 100%; width: 690px; margin: 0px !important; padding: 0px !important; border-width: initial !important; border-style: none !important; height: 0px !important; min-height: 0px !important; display: block !important;"></iframe>
GunAz.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi tərəfindən yayılan açıqlamada bildirilib.

Qeyd edilir ki, sanksiya siyahısına daxil edilən şirkətlər İran, BƏƏ və Çində yerləşir. Bu şəxslər "İran neft-kimya məhsullarının tədarükü və satışı”nı həyata keçirdikləri üçün onlara məhdudiyyətlər tətbiq olunub. Bu şirkətlərlə münasibətlərə görə üç şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər də görülür.

"Neft-kimya məhsullarının satışı İran rejimi üçün Yaxın Şərqdə, eləcə də son zamanlar Venesuelada korrupsiyalaşmış rejimlərə və terror qruplarına sabitliyin pozulması üçün dəstəyin göstərilməsində kömək məqsədilə əsas maliyyə mənbəyi olaraq qalır”, - deyə ABŞ Maliyyə Nazirliyi qeyd edib.



скачать dle 12.1

Şərhlər