SON DƏQİQƏ
» » İran raketləri işə saldı, ABŞ ordunu hazır vəziyyətə gətirdi

İran raketləri işə saldı, ABŞ ordunu hazır vəziyyətə gətirdi

Tarix:

29-07-2020, 22:47

/ 1 233 dəfə oxundu.
İran raketləri işə saldı, ABŞ ordunu hazır vəziyyətə gətirdi

İran hərbçiləri Fars körfəzində keçirilən təlim zamanı yerin altından ballistik raket buraxılışı həyata keçiriblər.

GunAz.az xəbər verir ki, bu məlumatı "Tasnim” agentliyi yayıb.

Qeyd edək ki, dünən Fars körfəzi və Hörmüz boğazında SEPAH-ın "Böyük peyğəmbər 14” təliminə start verilib.

***

İran İslam Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri Körfəzdə keçirdikləri hərbi təlimdə ballistik raket ilə şərti düşmənin hərbi gəmisinin maketini dəqiq zərbə ilə vurub.

Ballistik raketdən istifadə edildikdən sonra ABŞ-ın Qətərdəki hərbi bazası döyüş hazırlığı vəziyyətinə gətirilib.

CNN-in yaydığı məlumata görə, ABŞ-ın Körfəz dövlətləri ərazisindəki hərbi bazalara xüsusi təlimatlar verilib. Bu təlimatların nədən ibarət olması hələlik məlum deyil. Lakin məlum olan odur ki, İran ordusunun təlimindən ehtiyatlanan ABŞ Qətərdəki hərbi bazasını döyüş hazırlığı vəziyyətinə gətirib. Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ hərbi bazasına isə ehtiyatlı olmaq göstərişi verilib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ