SON DƏQİQƏ
» » Rusiya Qafqaz qoşunlarına döyüş hazırlığı əmri verdi

Rusiya Qafqaz qoşunlarına döyüş hazırlığı əmri verdi

Tarix:

24-06-2019, 16:32

/ 1 345 dəfə oxundu.
Rusiya Qafqaz qoşunlarına döyüş hazırlığı əmri verdi

Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsindəki hərbi hissələrin döyüş hazırlığının yoxlanılmasına başlanılıb.

GunAz.az xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib. O, bunun əlaqədar olaraq Mərkəzi Hərbi Dairəsinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirib.

Şoyqu hərbi dairənin Rusiya Prezidenti Vladimir Putinin əmriylə yoxlanılmağa başlandığını deyib.

Rusiyanın Cənub və Şərq Hərbi dairələrinin hərbi hissələrinin bir qismi də yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Qeyd edək ki, Cənub Hərbi Dairəsi Şimali Qafqaz, Krım, Cənubi Osetiya, Abxaziya, Ermənistan, Xəzər və Qara dənizdə qüvvələrə malikdir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ