SON DƏQİQƏ
» » İran ABŞ-ın hərbi bazalarına raket zərbələri endirdi

İran ABŞ-ın hərbi bazalarına raket zərbələri endirdi

Tarix:

8-01-2020, 08:00

/ 1 398 dəfə oxundu.
İran ABŞ-ın hərbi bazalarına raket zərbələri endirdi

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İraqdakı iki hərbi bazasına raket hücumu edib.

TASS xəbər verir ki, zərbə qanadlı və ballistik raketlərlə həyata keçirilib.

Raket zərbələrinə İraqın qərbindəki “Eyn əl-Əsəd” və ölkənin şımalında Ərbil şəhəri yaxınlığında yerləşən hərbi bazalar məruz qalıb.

SEPAH-ın bəyanatına görə, ABŞ-ın hərbi bazalarına qarşı əməliyyat “Şəhid Süleymani” adı alıb.

“Biz ABŞ hökumətinə bildiririk ki, İrana qarşı təcavüz edilən istənilən ərazi hücuma məruz qalacaq”, - deyə bəyanatda bildirilir.

“Press TV” telekanalı ABŞ-ın İraqdakı obyektlərinə zərbələrin video görüntülərini yayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ