SON DƏQİQƏ
» » Türk ordusu şəhid verdi, F-16-lar hücuma keçdi

Türk ordusu şəhid verdi, F-16-lar hücuma keçdi

Tarix:

25-04-2020, 23:49

/ 1 254 dəfə oxundu.
Türk ordusu şəhid verdi, F-16-lar hücuma keçdi

Türkiyə ordusunun İraqın şimalında yerləşən Haftanin bölgəsindəki bazasına terrorçular tərəfindən hücum edilib.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Türkiyə ordusunun cavabı nəticəsində terrorçular bölgədən qaçmağa başlayıb. Terrorçuların qaçdığı istiqamət müəyyən edildikdən sonra Hərbi Hava Qüvvələrinə aid F-16 qırıcıları havalanaraq onları atəşə tutub.
Daha sonra "Atak” helikopterləri ilə terrorçular təqib edilib və olduqları hədəflərə atəş açılıb.
Əməliyyat çərçivəsində 12 terrorçunun məhv edildiyi müəyyənləşdirilib”, - məlumatda bildirilib.
Digər tərəfdən, terrorçuların açdığı atəş nəticəsində 1 türk hərbçi şəhid olub, 3-ü isə yaralanıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ