Suriyanın şimalında İŞİD-in hücumu nəticəsində ağır yaralanan türk əsgəri şəhid olub.
"Milliyet"-in verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.
Bundan əvvəl əl-Bab bölgəsində 1 türk əsgərinin şəhid, 3-ün isə yaralandığı bildirilirdi.
Yaralı əsgərlər Qaziantep xəstəxanasına çatdırılıblar. Qeyd edək ki, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq "Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir.