SON DƏQİQƏ

Koronavirusun qarşısını necə alaq?

Tarix:

16-04-2020, 14:21

/ 2 082 dəfə oxundu.
Koronavirusun qarşısını necə alaq?

Virciniya Universitetinin tibb elmləri doktoru Çjen Yan koronavirus xəstəliyinin ağırlaşmasının qabağını almağın yolu haqqında danışıb.
Yan son tədqiqatların nəticələrinə əsasən müntəzəm fiziki məşqlərin koronavirusun səbəb olduğu ağır kəskin tənəffüs sindromunun (SARS) qarşısını almağa kömək edə bildiyini açıqlayıb.
Onun sözlərinə görə, fiziki aktivlik bədəndə  hüceyrədənkənar superoksid dismutaz (EcSOD) adlanan və bədənin müqavimətini artıran güclü antioksidantın emalına səbəb olur: "Xəstəlik zamanı bu antioksidantın bədəndə səviyyəsi azalmağa başlayır, lakin bircə məşqlə belə onu artırmaq olar". 
Alim qeyd edib ki, heyvanlar üzərində aparılan sınaqlarda müəyyən olub ki, sözügedən oksidant bir çox həyat əhəmiyyətli orqanların fəaliyyətinə müsbət yöndə təsir göstərir: "Biz sonsuza qədər təcrid şəraitində yaşaya bilmərik. Mütəmadi məşqlərin sağlamlığa bildiyimizdən daha çox xeyri var".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ