SON DƏQİQƏ
» » Çində koronavirusun səbəb olduğu sətəlcəm xəstələrinə yeni antivirus dərmanı veriləcək

Çində koronavirusun səbəb olduğu sətəlcəm xəstələrinə yeni antivirus dərmanı veriləcək

Tarix:

6-02-2020, 21:56

/ 1 209 dəfə oxundu.
Çində koronavirusun səbəb olduğu sətəlcəm xəstələrinə yeni antivirus dərmanı veriləcək

Çində yayılan koronavirusun yeni növünün (2019-nCoV) səbəb olduğu sətəlcəm xəstələrinin müalicəsində "Remdesivir" adlı yeni antivirus dərmanının sınaq rejimində istifadəsinə başlanılır.

GunAz.az AZƏRTAC-a istinadən bildirir ki, Çinin Elm və Texnologiya Nazirliyi, Dövlət Səhiyyə Komissiyası və Dövlət Tibbi Məhsullar Administrasiyası ABŞ-ın əczaçılıq şirkətinin istehsalı olan "Remdesivir"in kliniki sınaqları üçün qeydiyyatını təsdiqləyiblər. Fevralın 6-dan etibarən sətəlcəm xəstələrinin ilk qrupu bu dərmanın qəbuluna başlayacaq. Çin-Yaponiya dostluq xəstəxanasının və Çin Tibb Elmləri Akademiyasının nəzdindəki Materia Medika İnstitutunun birgə rəhbərlik edəcəyi kilinik sınaqlar Uxan şəhərinin bir neçə xəstəxanasında aparılacaq.

Çin Tibb Elmləri Akademiyasının prezidenti Van Çen deyib ki, "Remdesivir"ə ümid yaranıb, amma onun aktual təsiri kliniki sınaqların nəticəsində bilinəcək.

Dərmanın kliniki sınaq proqramının rəhbəri Çao Bin bildirib ki, hüceyrə və heyvanlarda aparılmış sınaqlar zamanı "Remdesivir" Şiddətli Kəskin Respirator Sindromu (SARS) və Orta Şərq Respirator Sindromuna (MERS) qarşı yaxşı antivirus təsiri göstərib. Hüceyrələr üzərində aparılmış tədqiqatlar zamanı dərmanın "2019-nCoV"a qarşı yaxşı antivirus təsiri göstərdiyi məlum olub.

Qeyd edək ki, Çində koronavirusun yeni növünə (2019-nCoV) yoluxanların sayı 28 min 73, bu virus səbəbindən ölənlərin sayı isə 564, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 24 min nəfərə çatıb. Çindən başqa 24 ölkədə ümumilikdə, 212 adam virusa yoluxub, bir nəfər ölüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ