SON DƏQİQƏ
» » Əlləri yumaq koronavirusdan qorumur- Əsl təhlükə budur

Əlləri yumaq koronavirusdan qorumur- Əsl təhlükə budur

Tarix:

15-04-2020, 10:49

/ 2 071 dəfə oxundu.
Əlləri yumaq koronavirusdan qorumur- Əsl təhlükə budur

Sars-CoV-2 virusunun maksimum ötürülmə məsafəsi 4 metrdir.
 Bu fakt Çində aparılan yeni araşdırma nəticəsində ortaya çıxıb.
Araşdırma zamanı bəlli olub ki, virus ayaqqabının dabanında da yaşaya bilir və tibb işçiləri tərəfindən xəstəxananın içinə və əhatəsinə yayılır.
Pandemiyanın ortaya çıxdığı Uhandakı Houşenşan Xəstəxanasının Reanimasiya Şöbəsində işləyən tibb işçilərinin ayaqqabılarından götürülən nümunəələrin yarısında Sars-CoV-2 testləri pozitiv çıxıb. Bundan sonra Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi virusun yerə, kompüter mauslarına, zibil qutularına və xəstələrin yataqlarına dağıldığını açıqlayıb.
Araşdırma hesabatında insanların COVID-19 xəstələrinin otaqlarından çıxmadan əvvəl ayaqqabılarının altını dezinfeksiya etmələri tövsiyəsi verilib.
Qeyd edək ki, ötən ay "New England Journal of Medicine” dərgisində yayımlanan araşdırmada yenni tip koronavirusun plastik və polad kimi səthlərdə 3 günə qədər yaşaya bildiyi bildirilmişdi.
скачать dle 12.1

Şərhlər