SON DƏQİQƏ

Trampdan daha bir inanılmaz addım

Tarix:

15-04-2020, 10:44

/ 1 933 dəfə oxundu.
Trampdan daha bir inanılmaz addım

ABŞ prezidenti Donald Tramp rəsmi Vaşinqtonun Ümumdünya Səhiyyə Təşkilatının maliyyələşdirilməsini dayandırdığını söyləyib.
O, bunu aprelin 15-də keçirdiyi brifinqdə bəyan edib.
"Bu gün rəhbərliyə, təşkilatın pis idarəetməsi və koronavirusun yayılması ilə bağlı məlumatların gizlədilməsindəki rolunu qiymətləndirənə qədər ÜST-ə töhfələri dayandırmağı tapşırdım” deyib.
O xatırladıb ki, ABŞ vergi ödəyiciləri il ərzində təşkilatın büdcəsinə 400-500 milyon dollar, Çin isə 40 milyon dollar ödəyib.
Trampa görə, ÜST-nin ən təhlükəli qərarlarından biri ABŞ-ın Çin və digər ölkələrlə hava səyahətinə qadağan edilməsini tənqid etməsi idi.
"Xoşbəxtlikdən, mən onların (ÜST) tövsiyələrini dinləmədim və uçuşları təxirə saldım, bununla da minlərlə insanın həyatını xilas etdik. <…> ÜST tövsiyələrinə əməl edən və sərhədləri açıq qoyan digər ölkələrə, xüsusən Avropaya baxın.”
ABŞ prezidenti təşkilatı yanlış reytinqlər və tövsiyələr səbəbindən 20 qat daha çox insanı yoluxdurmaqda günahlandırıb: "ÜST mütəxəssisləri Çin səlahiyyətlilərinin məlumatlarına etibar edib və virusun guya insandan insana ötürülmədiyini əminliklə bildirib”.
Tramp əlavə edib ki, Vaşinqton digər ölkələrlə ÜST-ün islahatını və bu təşkilata verilən vəsaitlərin istifadəsini müzakirə edəcək.
скачать dle 12.1

Şərhlər