SON DƏQİQƏ
» » ABŞ prezidentinin inauqurasiya mərasiminə 90 milyon dollar vəsait toplanıb

ABŞ prezidentinin inauqurasiya mərasiminə 90 milyon dollar vəsait toplanıb

Tarix:

13-01-2017, 16:54

/ 4 624 dəfə oxundu.
ABŞ prezidentinin inauqurasiya mərasiminə 90 milyon dollar vəsait toplanıb

ABŞ-ın 45-ci prezidentinin inauqurasiya komitəsi Donald Trampın vəzifəyə keçməsinin qeyd edilməsinə ölkə tarixində rekord miqdarda - ən iri məbləğ toplayıb.
Fərdi ianələr hesabına mərasim üçün 90 milyon dollar vəsait yığılıb. İndiyə qədər Birləşmiş Ştatların heç bir prezidenti öz inauqurasiyası üçün bu qədər vəsait əldə edə bilməyib.
Postunu Trampa təhvil verəcək Barak Obama ilk inauqurasiyasına 55 milyon dollar, digərinə isə 43 milyon dollar yığmağa nail olmuşdu.
Trampın inauqurasiya komitəsinin sədri Tom Barrak yığılan rekord məbləğin daha miqyaslı tədbir keçirməyə imkan verdiyini, lakin gələcək prezidentin mərasimi "sirk atmosferində” keçirmək fikrində olmadığını qeyd edib.
Barak Obamanın inauqurasiya komitəsinin sədri Stiv Kerriqan isə öz növbəsində Tramp komandasının bu vəsaiti mərasimə necə xərcləyəcəyini təsəvvür etmədiyini bildirib.
Xatırladaq ki, ABŞ-ın prezidenti postu uğrunda keçirilən seçkilərdə qələbə qazanan Donald Tramp yanvarın 20-də rəsmən vəzifəsinin icrasına başlayacaq.

Gunaz.az


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ