SON DƏQİQƏ

İstefadan ona görə imtina etdim ki...- Soylu

Tarix:

13-04-2020, 16:32

/ 1 883 dəfə oxundu.
İstefadan ona görə imtina etdim ki...- Soylu

Cümə gecəsi baş verənlərə laqeyd yanaşmaq məsuliyyətsizlik olardı.
Bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu yerli mətbuata açıqlamasında deyib.
O bildirib ki, şəhid övladlarının "Bizi bir daha atasız buraxma” şəklindəki mesajları ona çox ciddi təsir edib:
"Bundan başqa, millətimizin xoş niyyətimdən şübhə etməməsi də mənə çox təsirli göründü. Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının məsuliyyətə çağırış mesajı çox vacib idi. Ona təşəkkür etmək üçün zəng edəcəyəm”.
Qeyd edək ki, Türkiyə Daxili İşlər naziri ötən gün axşam saatlarında istefa verdiyini açıqlamışdı. Ancaq Prezident Ərdoğan istefanı qəbul etməmişdi.
MHP başqanı Dövlət Baxçalı da Süleyman Soyluya dəstəyini ifadə etmiş və onun istefasının qəbul edilməməsini alqışlamışdı.
S.Soylu isə bundan sonra vəzifəsinin başına geri dönmüşdü
скачать dle 12.1

Şərhlər