SON DƏQİQƏ

Türkiyədə Soylu şoku- NƏ BAŞ VERİR?

Tarix:

13-04-2020, 09:10

/ 2 116 dəfə oxundu.
Türkiyədə Soylu şoku- NƏ BAŞ VERİR?

Türkiyədə axşam saatlarında Daxili İşlər naziri Süleyman Soylunun istifa qərarı böyük bir şok dalğası meydana gətirdi.
Bu sözləri türkiyəli siyasi şərhçi Həsən Oqtay nazir Süleyman Soylunun istefa qərarını şərh edərkən deyib. Onun sözlərinə görə, koronavirus səbəbiylə gərginlikdə olan hökumət yaranan çətinliklərlə mübarizə apararkən, digər tərəfdən nəqliyyat naziri Məhməd Cahidi ötən həftə vəzifəsindən azad etdi:
"İndi Daxili İşlər naziri Süleyman Soylunun istefa qərarı sual altındadır. Prezidentin bu istefanı qəbul etmədiyi ilə bağlı xəbərlər yayılır. Hökumətə yaxın mənbələrdən əldə edilən məlumata görə, kabinetdə Süleyman Soylunun maliyyə naziri, eyni zamanda prezidentin kürəkəni Barat Albayraqla ciddi qarşıdurması var. Həm bu məsələ üzə çıxdı, həm də S.Soylu komendant saatı ilə bağlı qərarvermə mərhələsində ondan gözləniləni edə bilmədi və hər kəs tərəfindən tənqid olunduqdan sonra istefasını elan etdi”.
Ekspertin fikrincə, Türkiyə Prezidenti Soylunun istefasını qəbul etmək istəmədiyini dilə gətirsə də, bu heç nəyi dəyişməyəcək:
"Prezident hökumət parçalanmasın deyə, bu istefanı qəbul etməyə bilər. Süleyman Soylu istefasının Prezident tərəfindən qəbul olunmayacağını görərək, bəlkə də bir manevr edib, kabinetdə möhkəm mövqe tutmaq istəyə bilər. Ancaq belə bir münasibət Prezident tərəfindən müsbət qarşılanmayacaq və bu baş verərsə, Prezident bu istefanı təsdiqləməsə də, Soylunu ən qısa müddətdə əvəzləyəcək”.
Analitik baş verənlərin sonda erkən seçkilərlə nəticələnə biləcəyini də istisna etməyib.
Qeyd edək ki, Türkiyə Cümhurbaşqanlığından verilən rəsmi açıqlamada Süleyman Soylunun istefasının qəbul edilmədiyi bildirilir
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ