SON DƏQİQƏ
» » Soylu: Ölkələr terrorçu vətəndaşlarını qəbul etmir

Soylu: Ölkələr terrorçu vətəndaşlarını qəbul etmir

Tarix:

2-11-2019, 20:49

/ 575 dəfə oxundu.
Soylu: Ölkələr terrorçu vətəndaşlarını qəbul etmir

Ələ keçirilən İŞİD-çiləri öz ölkələrinə göndərəcəyik.

GunAz.az xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib. O bildirib ki, ölkələr İŞİD üzvü olan vətəndaşlarını qəbul etməkdən boyun qaçırır:

"İŞİD-çi olub, xarici ölkə vətəndaşı olanlar “Fərat qalxanı” hərəkat bölgəsinə aparılır və oradakı həbsxanalarda saxlanılır. Onları bir müddət nəzarətdə saxlayacağıq və sonra öz ölkələrinə göndərəcəyik. İşin asan tərəfini hər kəs tapıb. İŞİD-çi biri olanda vətənsiz hala gətirirlər və ondan sonra onun hara getməsi məsələsində məsuliyyətsizliklər edirlər. Bizim əlimizdə yalnız Hollandiya deyil, İngiltərə vətəndaşı olub İŞİD üzvü olanlar və vətəndaşlıqdan çıxarılanlar da var. Bu, əslində döyüş bölgələri ilə bağlı yeni vəziyyətdir. Biz İŞİD-çilərin oteli deyilik. "Mən vətəndaşlıqdan çıxardım, siz başınızın çarəsinə baxın" yanaşması qəbuledilməzdir. Mən neynirəm sənin terrorçunu?!”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ