SON DƏQİQƏ
» » Dünyanın ən varlı adamı "Yer kürəsini xilas etmək" üçün 10 milyard dollar xərcləyəcək

Dünyanın ən varlı adamı "Yer kürəsini xilas etmək" üçün 10 milyard dollar xərcləyəcək

Tarix:

18-02-2020, 12:40

/ 1 792 dəfə oxundu.
Dünyanın ən varlı adamı "Yer kürəsini xilas etmək" üçün 10 milyard dollar xərcləyəcək

 "Amazon" şirkətinin baş direktoru Jeff Bezos, planetdəki iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün öz adını daşıyan "Yer Fondu" yaratmaq qərarına gəldiyini açıqlayıb.

GunAz.az-ın verdiyi xəbərə görə, o, bu barədə "İnstaqram" səhifəsində yazıb.

"Mən artıq öyrənilən metodları təkmilləşdirmək və iqlim dəyişikliyinin dağıdıcı təsirləri ilə mübarizə üçün yeni metodlar tapmaq istəyirəm", Bezos yazıb.

Bezos "Planetimiz üçün ən böyük təhlükəsi" ilə mübarizə aparmaq üçün on milyard dollar xərcləyəcək. Bezosun sözlərinə görə, "Yer Fondu"ndan bu problemin həllində iştirak edən elm adamlarına, fəallara və qeyri-hökumət təşkilatlarına vəsait ayrılacaq.

"Bu yay qrant verməyə başlayacağam", milyarder bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ