SON DƏQİQƏ
» » Milyarderlər üçün ağır gün: 18 milyard itirildi

Milyarderlər üçün ağır gün: 18 milyard itirildi

Tarix:

16-08-2019, 09:38

/ 1 255 dəfə oxundu.
Milyarderlər üçün ağır gün: 18 milyard itirildi

Çərşənbə günü dünyanın 9 ən zəngin biznesmeni ümumilikdə 18 milyard dollar itirib.

GunAz.az xəbər verir ki, bu məlumatı “Forbes” jurnalı yayıb. Məlumata görə, buna səbəb ABŞ-ın fond indekslərinin düşməsi olub.

Biznesmenlər arasında ən çox itkiyə “Amazon”un rəhbəri Cef Bezos məruz qalıb. O bir günə 3,5 milyard dollar vəsait itirib. Növbəti yerlərdə Feysbukun sahibi Mark Zukerberq (3,2 milyard), LVMH-in rəhbəri Bernar Arno (3 milyard) qərarlaşıb.

İlk onluqda olan milyarderlər arasında yeganə itkiyə məruz qalmayan iş adamı Maykl Blumberq olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ