
Dünyanın ən varlı adamı hesab edilən "Amazon" qurucusu Jeff Bezos 15 dəqiqə ərzində 13 milyard dollar sərvət qazanıb.
GunAz.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Məlumata əsasən, bu, şirkətin rüblük qazanc hesabatı yayımlandıqdan sonra baş verib. Onun sözlərinə görə, şirkətin gəlirləri analitiklərin proqnozlaşdırdıqlarından daha yüksək olub.
Xüsusilə, bir səhm üzrə qazanc 4.11 dollar əvəzinə 6.47 dollar olub.