
Pakistanın dərdi Türkiyənin faciəsidir, İslamabadın sevinci Ankaranın zəfəridir. GunAz.az-ın verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Parlamentinin hər iki palatasının ortaq iclasında çıxış edərkən bildirib.
Türkiyə dövlətinin başçısı Pakistanı qardaş ölkə adlandırıb:
“Türkiyə ilə Pakistan arasındakı əlaqələrin səviyyəsi yalnız çox az ölkələrin münasibətlərinə xasdır. Xalqlarımızı əsrlər boyu dərin tarixi və mədəni bağlar bağlayıb. Pakistan hər zaman Türkiyəyə yaxın olub və Ankara İslamabadı dəstəkləyib".
Ərdoğan xatırladıb ki, Pakistan xalqı bir vaxtlar türk xalqına dəstək üçün maliyyə vəsaiti toplayıb və Türkiyə bunu heç vaxt unutmayacaq.
N.SAFURA