SON DƏQİQƏ
» » İdlibdə atəşkəsə əməl olunmalıdır - Çavuşoğlu

İdlibdə atəşkəsə əməl olunmalıdır - Çavuşoğlu

Tarix:

10-02-2020, 17:50

/ 1 771 dəfə oxundu.
İdlibdə atəşkəsə əməl olunmalıdır - Çavuşoğlu

İdlibdəki deeskalasiya zonasında atəşkəsə əməl olunmalıdır. Bəşər Əsəd rejiminin qüvvələri İdlibə hücum etməyə davam edərsə, Türkiyə bunun qarşısını almaq üçün  müvafiq addımları atacaq. GunAz.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlu, Türkiyə və Rusiya nümayəndə heyətlərinin İdliblə bağlı Ankarada davam edən danışıqlarına diqqət çəkib.

“Görüşlərin birinci mərhələsində heç bir razılaşma əldə olunmadı. Şənbə günü yol xəritəsi barədə razılığa gəlmək mümkün olsaydı, bugünkü danışıqlara ehtiyac qalmazdı", o deyib.

Onun sözlərinə görə, Ankarada keçirilən danışıqlar nəticə verməsə, Suriya ilə bağlı dövlət başçıları səviyyəsində görüş keçirilə bilər.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ