SON DƏQİQƏ

Pekində kütləvi bayramlar qadağan edildi

Tarix:

5-02-2020, 15:13

/ 1 799 dəfə oxundu.
Pekində kütləvi bayramlar qadağan edildi

Pekin hakimiyyəti ictimai iaşə xidmətlərində qrup şəklində tədbirlərin keçirilməsinə müvəqqəti qadağa qoyub.

Bu barədə məlumatı RİA "Novosti" Çin paytaxtının Səhiyyə komitəsinin bəyanatına istinadən yayıb.

Məlumatda qeyd olunur ki, ictimai iaşə xidmətləri sifarişçiləri tədbirlərin ləğv edilməsi və ya keçirilməsi barədə qabaqcadan məlumatlandırmalıdır.

Bundan əlavə, şəhər xaricində müxtəlif tədbirlərin təşkilatçıları da koronavirusun yayılmasının qarşısının alınması üçün həyata keçirmək istədikləri bütün tədbirlərini ləğv etməlidirlər.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxan şəhərində pnevmoniya baş verdiyini bəyan edib. Xəstəliyin törədicisi koronavirus "2019-nCoV"un yeni bir növüdür. Son məlumatlara görə, virusa 24 588 nəfər yoluxub, 493 nəfər həlak olub, 926 nəfər isə sağalıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ