SON DƏQİQƏ
» » Rusiya 5 hərbi təyyarə ayırdı: Təxliyə başlayır...

Rusiya 5 hərbi təyyarə ayırdı: Təxliyə başlayır...

Tarix:

1-02-2020, 21:48

/ 830 dəfə oxundu.
Rusiya 5 hərbi təyyarə ayırdı: Təxliyə başlayır...

Rusiya koronavirus səbəbindən Çindəki rusları təxliyə edəcək.

GunAz.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, Çində koronavirusun ən çox yayıldığı bölgələrdən fevralın 3 və 4-də rusların təxliyə edilməsi planlaşdırılır.

***

Rusiya koronavirus səbəbindən Çindəki vətəndaşlarını təxliyə etmək üçün 5 təyyarə ayırıb.

Bu barədə məlumatı Rusiya Müfadiə Nazirliyi yayıb. Məlumata görə, Rusiya Müdafiə naziri Sergey Şoyqunun göstərişinə əsasən, rus vətəndaşlarını Çindən təcili təxliyə etmək üçün hava qrupu yaradılıb və Rusiya Aerokosmik Qüvvələrinə məxsus 5 təyyarə ayrılıb.
Təyyarədə hərbi həkimlər və lazımi preparatlar olacağı bildirilib.

Bundan başqa, Rusiya Xarici İşlər naziri Sergey Lavrovla çinli həmkarı Van Yi arasında telefon danışığı baş tutduğu və Lavrovun koronavirusla birgə mübarizə aparmaq təklifi irəli sürdüyü qeyd edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ