SON DƏQİQƏ
» » Vətəndaşlarımızın Çindən təxliyə prosesi başa çatıb

Vətəndaşlarımızın Çindən təxliyə prosesi başa çatıb

Tarix:

1-02-2020, 08:55

/ 1 444 dəfə oxundu.
Vətəndaşlarımızın Çindən təxliyə prosesi başa çatıb

Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşları təxliyə edilib.
Avromedia.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan vətəndaşlarını gətirən təyyarə Uhan hava limanından səmaya qalxıb. 
Sərnişinlər şəhərin hava limanında müayinə edilib və onlarda qızdırma, habelə başqa əlamətlər aşkarlanmayıb. Sərnişinlərə xüsusi forma geyindirilib. 
Xüsusi vasitələrlə dezinfeksiya edilən təyyarə əvvəlcə yanacaq üçün Ulan-Batora uçub. Təyyarə bundan sonra Türkiyənin paytaxtı Ankarada yerə enəcək. 

скачать dle 12.1

Şərhlər