SON DƏQİQƏ
» » Vətəndaşlarımızın Çindən təxliyəsi başladı - Yeniləndi

Vətəndaşlarımızın Çindən təxliyəsi başladı - Yeniləndi

Tarix:

31-01-2020, 21:14

/ 1 154 dəfə oxundu.
Vətəndaşlarımızın Çindən təxliyəsi başladı - Yeniləndi

Çin yalnız Türkiyəyə deyil, digər ölkələrə də uçuş icazəsi verib.

Report xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Çinin Uhan şəhərindən təkcə Türkiyə vətəndaşları deyil, 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşı da təxliyə ediləcək: ”Ümumilikdə, isə öz vətəndaşlarımızla birlikdə 49 vətəndaşı qısa zamanda Türkiyəyə gətirəcəyik”.

***

Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyə prosesi başlayıb.

Hazırda yola düşəcək şəxslər avtobuslarla aeroporta göndərilir.

Şəhər hava limanında müayinə edildikdən sonra qızdırma və başqa əlamətlər aşkar edilməsə, onların bu gecə Türkiyə Ordusuna məxsus nəqliyyat təyyarəsinə mindirilərək aparılacağı gözlənilir.

***

Türkiyəyə gətiriləcək Azərbaycan vətəndaşları da daxil olmaqla, digər ölkə vətəndaşları da artıq hava limanına gətirilib. Onların Çindən çıxarılması ilə bağlı son proses başlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ