SON DƏQİQƏ
» » İranın ABŞ bazalarına hücumda yaralıların sayı 64-ə çatıb

İranın ABŞ bazalarına hücumda yaralıların sayı 64-ə çatıb

Tarix:

31-01-2020, 08:26

/ 2 671 dəfə oxundu.
İranın ABŞ bazalarına hücumda yaralıların sayı 64-ə çatıb

İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələri zamanı yaralanan Amerika hərbi qulluqçuların sayı 64 nəfərə çatıb.

“Report” xəbər verir bu barədə məlumatlı mənbələrə istinadən CNN bildirib.

Zərərçəkənlərə yüngül kəllə-beyin travmaları diaqnozları qoyulub. Yaralanmış 64 nəfərdən 39-u artıq xidmətə qayıdıb.

Daha əvvəl Pentaqonun rəsmi nümayəndəsi general-polkovnik Tomas Kempbell hücum zamanı 50 nəfərin xəsarət aldığını bildirib. ABŞ prezidenti Donald isə Pentaqon rəsmisindən də əvvəl hücum zamanı Amerika hərbçiləri arasında yaralananların olmadığını deyib.

Qeyd edək ki, yanvarın 8-də gecə ABŞ-ın İraq ərazisindəki bir neçə hərbi obyekti hücüma məruz qalıb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ