SON DƏQİQƏ
» » Mütəxəssislərə görə xərçəng yoluxucu ola bilər

Mütəxəssislərə görə xərçəng yoluxucu ola bilər

Tarix:

27-01-2020, 15:01

/ 1 760 dəfə oxundu.
Mütəxəssislərə görə xərçəng yoluxucu ola bilər

Kanadada aparılan bir araşdırma onkoloji xəstəliklərin insandan-insana keçdiyini deyir.

Alman "Fokus" jurnalında kanadalı mütəxəssislərin "İnsanlar və Mikrobioma" adlı araşdırmasına aid xəbərdə, onkoloji xəstəliklərin insandan-insana yoluxma riski ilə bağlı xəbərdarlığı ilə diqqət çəkib. Məqaləyə görə, mikrobioma dəridə və ya orqanlarda olan çox sayda kiçik bakteriya tərəfindən əmələ gəlmiş icmalar kimi tanınır. Onkoloji xəstəliklərin insandan-insana keçə biləcəyini deyən mütəxəssislər bədənin mikroorqanizmlər tərəfindən bu cür kolonizasiyasının piylənmə, ürək-damar xəstəlikləri, diabet və xərçəng kimi xəstəliklərin ötürülməsində rol oynaya biləcəyinə inanır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı isə bu xəstəliklərin ətraf mühitin təsirləri ilə genetik olaraq insandan-insana keçə biləcəyini düşünür. Təşkilat mütəxəssisləri, xərçəngin yoluxucu olma ehtimalı ilə bağlı dəlilləri rədd edirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ